10:58
25 Dekabr 2019

“Qarabağ”dan ayrıldı, Polşa klubuna keçmədi

“Qarabağ”dan ayrılaraq ölkəsinin “Levski” klubu ilə anlaşan bolqarıstanlı futbolçu Simeon Slavçevin daha bir təklifi olub.

Lent.az -ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçinin karyerasını Polşada davam etdirmək variantı da var imiş. Belə ki, Poznan şəhərini təmsil edən “Lex” “Qarabağ”ın sabiq futbolçusu ilə ciddi şəkildə maraqlanıb. Lakin klub rəhbərliyinin danışıqlar prosesini gecikdirməsi Slavçevin “Levski”ni seçməsi ilə nəticələnib. Buna üzülən polşalılar Simeonu əldən buraxdıqları üçün peşman olublar.

Qeyd edək ki, Simeon Slavçev “Levski” ilə 3 illik müqavilə imzalayıb.

Dİgər xəbərlər