507
10:20
20 Dekabr 2019

Polisi öldürən kişi intihara cəhd etdi

Gəncədə məhbus özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında qeydə alınıb. Orada saxlanılan, Ağstafa rayon sakini, 57 yaşlı Ayralov Tahir Fərzəli oğlu kəsici ailətə özünə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdilib və əməliyyat olunub.

Faktla bağll araşdırma aparılır.

Qeyd edək ki, T.Aylarov uzun müddət axtarışda olub. Hələ 2016-cı ildə Ağstafada onun tutulması istiqamətində keçirilən əməliyyat zamanı polis əməkdaşı başından güllə yarası alıb. Gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Atılan güllələrdən biri başqa bir polis əməkdaşı, 30 yaşlı Vasif Şaiq oğlu Bağırovun baş nahiyəsinə dəyib. O, xəstəxanada dünyasını dəyişib.