Hər gün 5 qramdan az duz qəbulu bu xəstəliklərin qarşısını alır - Mərkəz direktoru
19 dekabr 2019 12:30 (UTC +04:00)

Hər gün 5 qramdan az duz qəbulu bu xəstəliklərin qarşısını alır - Mərkəz direktoru

 

''Qeyri-infeksion xəstəliklər tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır''.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə  strategiyaları'' mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda keçirilən qeyri-infeksion xəstəliklərin öyrənilməsi: STEPS sorğusunun nəticələri insanların sağlam həyat tərzi vərdişlərinə yiyələnməsinin vacib olduğunu göstərib: ''Sorğunun nəticələrini təhlil edəndə görürük ki, əgər 2011-ci ildə iştirakçıların yalnız 15 faizi gündə 400 qram meyvə və tərəvəz qəbul etdiyini bildiribsə, 2017-ci ildə bu rəqəm artıq 25 faizdir. Deməli, maarifləndirmə və sağlam həyat tərzi istiqamətində aparılan təbliğat insanların adət etdiyi vərdişləri dəyişməsinə təkan verir”.

REKLAM

Daha ətraflı

O bildirib ki, 2017-ci ilin may ayından 2018-ci ilin mart ayına qədər qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin araşdırılması üzrə STEPS sorğusunda 18-69 yaş arasında 2801 nəfər iştirak edib: "Onlar arasında siqaret çəkənlər 24 faizdir. Sorğuda istirak edən kişilərin 48.8 faizi, qadınların isə 0.2 faizi siqaret çəkir. 45-69 yaşlı kişilər arasında alkoqol istehlakı 30 faizə yaxındır. 18-44 yaşlılar arasında bu göstərici 27 faizə yaxındır. Alkoqol qəbul edənlərin 27 faizi şəhərdə, 28 faizi isə kənd yerlərində yaşayır. Həkim məsləhəti və ya içkinin mənfi təsiri kimi sağlamlıq səbəblərinə görə içkidən imtina etməli olan, son 12 ay ərzində alkoqol qəbul etməyənlə arasında kişilərin faiz nisbəti 41.2 olub".

Direktorun dediyinə görə, ÜST-ə üzv ölkələr qərara alıb ki, duz qəbulunun 30 faiz azaldılması ilə 2025-ci ilə qədər böyüklər, yeniyetmələr və uşaqlarda diabet və piylənmə artımına son qoymağa nail olunacaq: "Duzdan gündə 5 qramdan az qəbul olunması hipertoniya, ürək qan-damar xəstəliklərinin və insultun qarşısını alır. Sorguya əsasən yeməyin dadına baxmamış və ya yeyərkən duz tökənlər 25. 7 faiz, həmişə və ya bəzən yüksəkduzlu məhsullardan istifadə edənlər isə 26.6 faiz təşkil edir".

# 1155
avatar

Oxşar yazılar