Almaniyada “AZE Nakhchivan-Köln SK” futbol klubu yaradıldı
18 dekabr 2019 15:46 (UTC +04:00)

Almaniyada “AZE Nakhchivan-Köln SK” futbol klubu yaradıldı

Gələn il fevralın 15-də “AZE Nakhchivan-Köln SK” Futbol Klubunun təqdimat mərasimi keçiriləcək. 

Bu barədə Lent.az-a klubun mətbuat xidmətindən məlumat verilib. 

Təqdimat mərasimi Almaniyanın Köln şəhərində yerləşən klubun bazasında baş tutacaq. Mərasimə Almaniyadan, Türkiyədən və müxtəlif ölkələrdən idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda alman mediası dəvət olunacaq. 

Tədbirdə perspektiv planlar haqqında məlumat veriləcək, həmçinin klubun forması və saytı təqdim ediləcək. 

Qeyd edək ki, Azərbaycan idman ictimaiyyətinin tanınmış simaları, eyni zamanda futbola maraq göstərən müxtəlif ictimai-siyasi xadimlər, incəsənət adamları və media nümayəndələri də dəvətlilər sırasındadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2394

Oxşar yazılar