2019-cu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artaraq 614,2 manat təşkil edib.
Lent.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3060,8 manat, qeyri neft-qaz sektorunda 559 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 506,9 manat, özəl müəssisələrdə isə 751,6 manat olub.