Keçmiş məhkumlar "iş başında" yaxalandılar
16 dekabr 2019 12:11 (UTC +04:00)

Keçmiş məhkumlar "iş başında" yaxalandılar

Göyçayda oğurluğa cəhd edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə rayonun Qarayazı kəndində  qeydə alınıb. Göyçay rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman istismarı dayandırılmış elektrik naqillərinin 2 nəfər şəxsin oğurluq məqsədilə kəsdiyini müəyyən edərək, onları elə “iş başında” yaxalayıblar.

Dərhal əraziyə əməliyyat-istintaq qrupu cəlb olunub. İlkin araşdırma zamanı naqilləri oğurlamaq istəyən şəxslərin İsmayıllı rayonu, Qubaxəlilli kənd sakinləri-əvvəllər məhkum olunmuşlar Natiq Həsəni və Oqtay Şirinov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Oğurluq məqsədilə kəsilmiş naqillər və dəmir kəsən alətlər həmin ərazidən maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

# 709
avatar

Mehman Nəbiyev

Oxşar yazılar