Rusiyada Narkoloji Dispanserdə yanğında 1 nəfər ölüb, 7 nəfər yaralanıb
14 dekabr 2019 07:10 (UTC +04:00)

Rusiyada Narkoloji Dispanserdə yanğında 1 nəfər ölüb, 7 nəfər yaralanıb

 

Rusiyanın Tümen vilayətində Narkoloji Dispanserdə yanğın baş verib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dispanserin ikinci mərtəbəsində 10 kvadratmetr ərazisində baş verən yanğın zamanı 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların tüstüdən zəhərləndiyi bilidirilir.

Yanğın tam söndürülüb. Hazırda hadisənin başvermə səbəbləri müəyyənləşdirilir. 

İlkin ehtimallara görə, yanğına səbəb söndürülməmiş siqaret kötüyünün yerə atılması olub.  Digər versiya kimi, elektrik naqillərində yaranmış qısaqapanma göstərilir. 

# 993
avatar

Oxşar yazılar