"Kitabevim.az"ın bu filialı bağlanır - Açıqlama
11 dekabr 2019 17:23 (UTC +04:00)

"Kitabevim.az"ın bu filialı bağlanır - Açıqlama


"2013-cü ildən fəaliyyət göstərən “Kitabevim.az” mağazalar şəbəkəsinin yalnız Nizami filialı fəaliyyətini dayandırır".

Bu barədə Lent.az-a “Kitabevim.az” mağazalar şəbəkəsinin direktoru Emin Sadıqov məlumat verib.

O bildirib ki, mağazanın "28 May" filialı öz işini davam etdirəcək.

Direktor mağazanın bağlanma səbəblərini də açıqlayıb: "Mağazada kitab satışı aşağı səviyyədədir. Gün ərzində 40-50 manatlıq kitab satılır ki, bu da  xərcləri ödəmir. Biz, əslində oranı kitab mağazası kimi açmışdıq. Amma sonradan xərcləri ödəmək üçün məktəb ləvazimatları da satmalı olduq. Bu amil də kömək olmadı və yanvarın 1-dən artıq mağaza bağlanacaq. Keçən il  Əhmədlidəki mağazanı bağlamışdıq. Metronun “28 may” stansiyasındakı mağazada  satışlar o qədər yüksək olmasa da, fəaliyyətini davam etdirəcək”.

# 3419
avatar

Aygün İbrahimli

Oxşar yazılar