Tacir "Fədayə ilə sevgili olmamışam" dedi, qalmaqal oldu və son - VİDEO
09 dekabr 2019 17:25 (UTC +04:00)

Tacir "Fədayə ilə sevgili olmamışam" dedi, qalmaqal oldu və son - VİDEO

Müğənni Tacir Şahmalıoğlu ilə Fədayə Laçın bir neçə illik fasilədən sonra yenidən verilişdə qonaq olublar. Lent.az-ın məlumatına görə, onları “Söhbət var” verilişində bir araya gətirən isə müğənni Manaf Ağayev olub: “Bu sürprizim bütün tamaşaçıların ürəyincə olacaq. Mən demirəm ki, düşmənsiz, danışmırsız. Mən istədim ki, mənim vasitəmlə barışasınız. Sizin duetiniz Azərbaycanda sevilir”.

Daha sonra Tacir öz düşüncələrini bölüşüb: “Əslində heç bir vaxt aramızda qalmaqal olmayıb. Onu hər zaman çox istəmişəm”.

“Manaf, əgər sən belə sürpriz etmək istəmisənsə, belə də olsun. Sən mənim böyük qardaşımsan. Sadəcə bəzi jurnalistlərin yazdığı başlıqlara görə, anlaşılmazlıq olub. Mən içəridən çıxan kimi Tacirlə bağlı sual verdilər, mən də normal cavab verdim”.


Qeyd edək ki, Tacirin “Show time” verilişində “Fədayə ilə sevgili olmamışıq” sözü qalmaqala səbəb olmuşdu. Onun bu sözlərinə Fədayə “Münasibəti danmaq kişilikdən deyil”, - deyərək cavab vermişdi.

# 11440
avatar

Yalçın UĞUR

Oxşar yazılar