Bu qəhvələrdə həddindən çox şəkər aşkarlandı - DİQQƏT
07 dekabr 2019 18:49 (UTC +04:00)

Bu qəhvələrdə həddindən çox şəkər aşkarlandı - DİQQƏT

İngiltərədə bir qrup xeyriyyəçi tədqiqatçı dünyaca məşhur 200-dən çox qaymaqlı isti qəhvə üzərində apardığı araşdırmalarda, qəhvələrdə həddindən artıq şəkər olduğunu aşkarlayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, içində bol miqdarda şəkər olan qəhvələrin bəzilərinin hazırlanmasında inək südündən deyil,  "veqan dostu" alternativlərindən istifadə olunduğu məlum olub.    

Araşdırmalar göstərib ki,  ABŞ-da fəaliyyət göstərən qəhvə zənciri olan “Starbucks” tərəfindən hazırlanan karamelli isti şokoladda daha çox şəkər var.

Belə ki, yulaf südü ilə 591 millilitr şüşə içərisində hazırlanmış və qaymaq qatqısı olan isti şokoladda 23 çay qaşığı şəkər var.

İçkinin kalorisi 758, şəkərin miqdarı isə 3 qutu kola tərkibindəki şəkərə bərabər olub.

İkinci ən yüksək şəkər ehtiva edən isti qəhvə, İngiltərədə yerləşən "Caffe Nero" firmasının duzlu, karamelli isti şokoladıdır.

 470 millilitrlik stəkanda yağsız südlə hazırlanan və 503 kalorisi olan bu içkinin tərkibində təxminən, 60 qram, yəni 15 çay qaşığı şəkər var.  

Üçüncü ən çox şəkərli isti qəhvə 591 millilitrlik stəkanda yulaf südündən hazırlanan zəncəfilli kurabiyəli içkidir ki, onun tərkibində 14 çay qaşığı şəkər aşkarlanıb. İçkinin kalori dəyəri 523-ə bərabəd olub.

 

# 1459
avatar

Aygün İbrahimli

Oxşar yazılar