Şəkililər də 650 min ağac əkmək təşəbbüsünə qoşuldu
06 dekabr 2019 17:32 (UTC +04:00)

Şəkililər də 650 min ağac əkmək təşəbbüsünə qoşuldu

 

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızda, o cümlədən Şəkidə də böyük rəğbətlə qarşılanıb.

Lent.az xəbər verir ki, dekabrın 6-da Şəki rayonunun sakinləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulublar. Yaşıllıqların artırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verəcək nəcib aksiyada şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, sadə vətəndaşlar qabaqcadan müəyyən olunan ərazilərdə minlərlə ağac tingi əkiblər.


Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. “Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.

 

# 1601
avatar

Oxşar yazılar