İlin ən populyar mahnıları AÇIQLANDI
06 dekabr 2019 19:51 (UTC +04:00)

İlin ən populyar mahnıları AÇIQLANDI


Shazam musiqi xidməti istifadəçilərin 2019-cu ildə ən çox axtardığı mahnılarla bağlı məlumat paylaşıb.

Lent.az Lent.ru-ya istinadla xəbər verir ki, siyahıda ilk yeri amerikalı ifaçı Billi Aylişin ifa etdiyi siyahını “Bad Guy” mahnısı tutub. İkinci sırada şotlandiyalı musiqiçi Lyuisa Kapaldinin “Someone You Loved” kompozisiyasıdır. Üçlükdə avstraliyalı Tones and I.nın “Dance Monkey” mahnısı da var. 

Dördüncü ən populyar manhı Pedro Capo və Farrukonun ifasında “Calma” remiksidir. Beşinci yerdə Meduza və Goodboys qrupunun “Piece Of Your Heart” əsəridir. 

Onluğa Daddy Yankee və Snovun “Con Calma”, Şona Mendes və Kamila Kabellonun “Senorita”sı, reper Lil Nas X-nın ifasında “Old Tovn Road”ı, müğənni Ava Maxın “Sweet But Psycho”, prodüsser Kelvin Harris və musiqiçi Rag’n’Bone Manın “Giant”ı da düşüb. 

# 1778
avatar

Oxşar yazılar