Kartof ruletinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
06 dekabr 2019 16:42 (UTC +04:00)

Kartof ruletinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla kartof ruletinin necə hazırlanması ilə tanış edəcəyik

Tərkibi:

1 kiloqram kartof, 0,5 kiloqram çəkilmiş ət, 1 ədəd soğan, 250 qram holland pendiri, 2 ədəd yumurtanın sarısı, duz, istiot.

Hazırlanması:

Kartofu yuyub, soyub bişiririk. Sonra əti bişiririk. Kartofu yaxşıca əzib, üzərinə duz, istiot və yumurtanın sarısını töküb qarışdırırıq. Kartofu yağlı kağızın üzərinə əlavə edib yayırıq. Üzərinə xırdaladığımız əti əlavə edib, rulet kimi bükürük. Sonra sobaya qoyub 10-15 dəqiqə bişiririk. Sobadan çıxarıb üzərinə sürgəcdən keçirilən pendir əlavə edirik. Yenidən sobaya yerləşdirib, pendir əriyənə kimi sobada saxlayır, sonra süfrəyə veririk.

Nuş olsun!

# 1613
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar