Bu teatrda uşaqlar üçün yeni il şənlikləri olacaq
06 dekabr 2019 13:48 (UTC +04:00)

Bu teatrda uşaqlar üçün yeni il şənlikləri olacaq

Akademik Milli Dram Teatrında uşaqlar üçün yeni il şənlikləri keçiriləcək. 

Lent.az xəbər verir ki, uşaqlar üçün hazırlanan “Şaxta Baba və Befan nənələr" adlı səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.

Tamaşada əməkdar artistlər Mətləb Abdullayev və Əlvida Cəfərov (Şaxta Baba), aktrisa Fəridə Şahbazova (Qar Qız), əməkdar artist Mehriban Xanlarova (Befan nənə-1), aktrisa Dilarə Nəzərova (Befan nənə-2), əməkdar artist Sevinc Əliyeva (Befan nənə-3), aktyorlar Vüsal Mustafayev və Elsevər Rəhimov (Şaxta nəvə 1), Ramin Şıxəliyev və Şahin Tağızadə (Şaxta nəvə-2), Elçin Hacıyev (Şaxta nəvə-3), Əlləz Əhmədov (Şrek), əməkdar artist Əminə Cəfərova (Panda), aktyorlar Vüsal Məmmədov (Ərincək), Firuzə Balayeva (Pinqvin) çıxış edirlər.

 Yeni il tamaşası dekabrın 27-dən yanvarın 6-dək nümayiş olunacaq. Səhnə əsəri müvafiq olaraq 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq. Biletlərin qiyməti 8 manatdır. Bu qiymətə azyaşlı tamaşaçılara hədiyyələr də daxildir.

 

# 1719
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar