Bakıda maşınla vurulan piyadalardan biri öldü - YENİLƏNİB
05 dekabr 2019 15:38 (UTC +04:00)

Bakıda maşınla vurulan piyadalardan biri öldü - YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda piyadaların vurulması faktı ilə bağlı məlumat yayıb.

Baş İdarədən APA-ya verilən məlumata görə, dekabrın 5-də saat 00:50-də Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində “Ford” markalı 99-ST-479 dövlət qeydiyyat nişanlı avtomobillə iki nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə, 24 yaşlı Samir Əliyev hadisə yerində dünyasını dəyişib, digər piyada - 26 yaşlı Sabit Vəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  

Məlumatda qeyd olunur ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə yuxarıda adları qeyd olunan şəxslərin avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri səbəb olub: “Təəssüf ki, yolun işıqlandırılmasına baxmayaraq, piyadalar tərəfindən hava şəraitinin və yolda müəyyən edilmiş yüksək sürət həddinin nəzərə alınmaması növbəti dəfə faciəyə yol açıb. Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək, onları sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə, ən əsası həm özlərinin, həm də doğmalarının həyatına biganə qalmamağa çağırır”. 

***

Saat 15:25

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən APA-ya verilən məlumata görə, gecə saat 01 radələrində paytaxtın Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini E.Cəbiyevin idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən 2 nəfəri vurub və onlar xəsarətlə xəstəxanaya yerləşdiriliblər. 

Piyadalardan Əlyar Süleymanov xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

# 1178
avatar

Oxşar yazılar