383
13:50
05 Dekabr 2019

ATƏT-dən Qarabağ münaqişəsi ilə bağlı açıqlama: "...real risk mövcuddur"

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin eskalasiyası üçün real risk mövcuddur”.

APA-nın xəbərinə görə, bunu Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Slovakiya il boyu ATƏT-in Minsk qrupu prosesi çərçivəsində etimadın qurulması, gərginliyin azaldılması və dialoqu davam etdirmək istiqamətində işlər görüb.

“Əgər biz münaqişələri həll etmək istəyiriksə, əvvəlcədən etimad qurma və təhlükəsizlik mühiti yaratma tədbirlərindən başlamalıyıq”, - deyə ATƏT sədri vurğulayıb.

M.Layçak ölkəsinin ATƏT-ə inandığını və bu qurumun regionu hələ də təhlükəsiz bölgəyə çevirə biləcəyini qeyd edib.