Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.
Qeyd edək ki, dekabrın 4-də Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş də olacaq.