1144
19:43
03 Dekabr 2019

Bakıda mənzildə külli miqdarda narkotik aşkarlandı


Göyçay rayon sakinindən külli miqdarda narkotik götürülüb.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayon sakini R.Zeynalovun Bakı şəhəri Yeni Yasamal yaşayış sahəsindəki mənzilindən 132 qramdan artıq heroin, 330 qramdan artıq metamfetamin və 78 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər