Messiyə uduzan müdafiəçi: “Nə qədər ki, onlar oynayır...”
03 dekabr 2019 10:41 (UTC +04:00)

Messiyə uduzan müdafiəçi: “Nə qədər ki, onlar oynayır...”

 

“Liverpul” klubunun futbolçusu Vircil van Deyk “Qızıl top” mükafatının səsverməsində ikinci olmasını şərh edib.

Lent.az-ın məlumatına görə, hollandiyalı müdafiəçi “Barselona”nın ulduzu Lionel Messiyə uduzmasını normal qarşılayıb. “Messi 6-cı dəfə “Qızıl top”u qazandı. Hörmətə layiqdir! İlin ən yaxşısı seçilməyə yaxın idim. 2019-cu ildə əldə etdiklərimlə qürur duyuram. Ümid edirəm ki, nə vaxtsa “Qızıl top”u qazana biləcəyəm. Amma nə qədər ki, Messi və Ronaldo oynayır, mənə çox çətin olacaq”, - Hollandiya yığmasının üzvü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1632

Oxşar yazılar