Metroda qadının itirdiyi çanta tapılaraq özünə qaytarıldı
30 noyabr 2019 16:29 (UTC +04:00)

Metroda qadının itirdiyi çanta tapılaraq özünə qaytarıldı

 

Noyabrın 29-da Göyçay rayon sakini A.Əliyeva qatarda əl çantasını itirməsi barədə Metropolitendə Polis Şöbəsinə müraciət edib. 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, o, çantasında pul, qızıl-zinət əşyaları və sənədlərinin olduğunu deyib.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə çanta polis əməkdaşları tərəfindən “Dərnəgül” stansiyasında qatarda aşkar edilib.

Qadın Metropolitendə Polis Şöbəsinə dəvət edilib, polis əməkdaşları çantanı ona təqdim ediblər.

A.Əliyeva müraciətinə belə həssas yanaşılmasına, operativliyə və səmimi ünsiyyətə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137

Oxşar yazılar