Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, xəsarət alan var
30 noyabr 2019 00:09 (UTC +04:00)

Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, xəsarət alan var

 

 

Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı sərnişin xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsi “Aura” şadlıq sarayının qarşısında baş verib.

104 nömrəli “İSUZU” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza zamanı avtobusda olan sərnişin, 1987-ci il təvəllüdlü Hüseynov Anar Vaqif oğlu xəsarət alıb. O, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428

Oxşar yazılar