Tanınmış qadın vəkil Vəkillər Kollegiyasından çıxarıldı - SƏBƏB
28 noyabr 2019 19:53 (UTC +04:00)

Tanınmış qadın vəkil Vəkillər Kollegiyasından çıxarıldı - SƏBƏB

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda bir sıra məsələlərə baxılıb.

İclasda tanınmış vəkil Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb.

Faktı Vəkillər Kollegiyasından APA-ya təsdiqləyiblər. Bildirilib ki, Ş. Hümbətova barəsində Vəkillər Kollegiyasına şikayət daxil olub. Şikayət araşdırılıb və Ş. Hümbətovanın kollegiyadan çıxarılması ilə bağlı qərar qəbul olunaraq məhkəməyə müraciət olunub.

Eyni zamanda o da qeyd olunub ki, Ş. Hümbətova 6 aylıq üzvlük haqqını da ödəməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550

Oxşar yazılar