Metroda sıxlıq yarandı - RƏSMİ AÇIQLAMA
28 noyabr 2019 19:56 (UTC +04:00)

Metroda sıxlıq yarandı - RƏSMİ AÇIQLAMA

Bu gün metronun “Koroğlu” stansiyasında təxminən 19 radələrində sıxlıq müşahidə edilib.

Bununla bağlı Lent.az-a açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, son vaxtlar metroda sıxlıq adi hal alıb:

“Metrodan istifadə edənlərin sayı kifayət qədər artıb. Keçən illə müqayisədə bu il artıq 3 600 000 sərnişin çox daşınıb”.

B.Məmmədov əlavə edib ki, sıxlıqla bağlı təşvişə əsas yoxdur:

“Hazırda bu məsələ daimi nəzarət altındadır və tədbirlər görülür. Qatarlarda problem yaranmayıb, qatarlar arasında interval isə maksimum qorunmağa çalışır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5300

Oxşar yazılar