Prodüser Tolik ( Tarix Əliyev ) ilk dəfə yaşadığı mənzili canlı yayında göstərib.
Lent.az-ın məlumatına görə, “5/5” verilişinin əməkdaşı ilk dəfə prodüserin yaşadığı mənzildə qonaq olub. Tolik bildirib ki, ilk dəfə atası da onun yaşadığı evdə qonaq olub:
“Nə etmişəmsə, özüm etmişəm. Atam da bu gün ilk dəfə bizdə qonaq olacaq. 2 ildir ki, bu evdə yaşayıram. Xırdalanda qalırdım, efirə gələndən sonra yerimi dəyişdim, şəhərə gəldim. İnsanları da aldada bilərdim ki, atam hər gün bura gəlir. Amma yalan danışmağı sevmirəm. İlk dəfədir gəlir. Maşın istəyirdi, 5 min verdim, yerdə qalanını da özü qoyub aldı. Yalandan deyə bilmərəm ki, atamın ailəsinə mən baxıram. Yox, belə bir şey yoxdur”.
Verilişdə prodüserin atası Tahir Əliyev də oğlu ilə bağlı fikirlərini bölüşüb: “Ona öyüt-nəsihət verirəm. Oğlum haqqın tərəfində olub. Heç bir zaman kiminsə pisliyini istəməyib. Oğlum mənim atamdır. Mən balalarımdan razıyam. O mənim üçün hər şey edib”.