2007
10:28
27 Noyabr 2019

Azərbaycanda oğurlandığı iddia edilən tələbə qızla bağlı YENİ XƏBƏR

Şəki Tibb Kollecində tələbə qız oğurlanıb.

Lent.az -ın məlumatına görə, Şəki Tibb Kolecində oğurlandığı deyilən 19 yaşlı Aygün Ələkbərlinin sevgilisi İntiqam Kərimova qoşulub qaçdığı bildirilir. Onların hazırda Bakının Binəqədi rayonunda qaldıqları qeyd olunur.

Qeyd edək ki, hadisə barədə qızın atası, Oğuz rayonu, Sincan kənd sakini Ələkbərov Xalid Ələkbər oğlu polisə müraciət edib.

Trend.az-ın yaydığı məlumatda bildirilirdi ki, polisə müraciət edən Xalid Ələkbərov noyabrın 22-də qızı Aygün Ələkbərlinin təhsil aldığı həmin kollecdən oğurlanıb.