347
07:24
27 Noyabr 2019

Boliviya 11 illik fasilədən sonra ABŞ-da öz səfirini təyin edib

Boliviyanın keçid hökuməti 2008-ci ildən bəri ilk dəfə ölkənin ABŞ-dakı səfirini təyin edib.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb.

"Xarici işlər naziri Karen Lonqarik Uolter Oskar Serrateni ABŞ-dakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin edib", - deyə məlumatda qeyd olunur.

Bu müddətə qədər Serrate Boliviyanın BMT yanında daimi nümayəndəsi olub.

Qeyd edək ki, 2008-ci ildə keçmiş Boliviya prezidenti Evo Morales ABŞ-ın La-Pasdakı səfirini "arzuolunmaş şəxs" elan edərək, onu müxalifəti maliyyələşdirməkdə və iğtişaşları dəstəkləməkdə günahlandırıb. Bundan qısa müddət sonra ABŞ-ın keçmiş prezidenti Corc Buş administrasiyası Boliviya səfirini Vaşinqtondan göndərib və Boliviyanı narkotik ticarəti ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinə məhəl qoymayan ölkələr sırasına daxil edib.