410
19:23
25 Noyabr 2019

Bakıda və rayonlarda oğurluq edənlər tutuldular

Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Binəqədi qəsəbəsi ərazisindəki evlərin birindən 350 manat və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Astara rayon sakini S.Əsədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən 200 manat oğurlamaqda şübhəli bilinən Yuxarı Aran kənd sakini C.Quliyevi və 1 yeniyetməni tutublar.

Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki 1 evdən 2400 manat və 1 evdən isə planşet oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Musazadə saxlayıblar.

Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 7-ci mikrorayon ərazisindəki 1 marketdən və M.Ə.Rəsulzadə qəsəbəsindəki 1 mağazadan ümumilikdə 3080 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri A.Qəhrəmanzadə, O.Bayramov və E.Həsənov saxlanılıblar.

Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisində “VAZ-2107” markalı avtomobilin təkərlərini, arxa şüşəsini və maqnitofonunu sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağazadə saxlanılıb.