Ağcabədidə yazıçı Şərif Ağayarla görüş keçirildi
22 noyabr 2019 16:25 (UTC +04:00)

Ağcabədidə yazıçı Şərif Ağayarla görüş keçirildi

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinin mədəniyyət mərkəzində tanınmış yazıçı Şərif Ağayarla oxucuların görüşü keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə oxucular, regionda yaşayan qələm adamları və yazıçının həmyerliləri iştirak edib. Rayonun tanınmış sənətkarları, ziyalıları və sənət adamları çıxış edərək yazıçının yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər. 

Görüşdə saz və muğam ifaçıları Şərif Ağayarın yazdığı şeirləri ifa ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1519

Oxşar yazılar