Bakıda 3 nəfəri avtomobil vurub, vəziyyətləri ağırdı
21 noyabr 2019 22:03 (UTC +04:00)

Bakıda 3 nəfəri avtomobil vurub, vəziyyətləri ağırdı

 

Bakının Qaradağ rayonunda iki və Binəqədi rayonunda bir nəfəri avtomobil vurub.

APA xəbər verir ki, Biləcəri qəsəbəsində yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Əliyeva Aysun Hikmət qızını avtomobil vurub. 

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər iki hadisə isə Qaradağ rayonunda baş verib. 
Binə Ticarət Mərkəzinin qarşısında yolu keçən 1999-cu il təvəllüdlü Məmmədova Həlimə Ədalət qızını da nəqliyyt vasitəsi vurub. 

Xocaəsən qəsəbəsində isə piyada keçidindən keçən 1984-cü il təvəllüdlü Hüseynov Valeh Rafiq oğlunu minik avtomobili vurub. Hər iki yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

# 909
avatar

Oxşar yazılar