Deputat xəstəxanaya düşdü
21 noyabr 2019 17:32 (UTC +04:00)

Deputat xəstəxanaya düşdü

Milli Məclisin deputatı Yevda Abramovun səhhətində problem yaranıb.

Bu barədə APA-ya deputatın oğlu məlumat verib.

O bildirib ki, bir neçə gün bundan öncə Yevda Abramov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: “Hazırda o, xəstəxanada müalicə olunur”.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavinidir.
 

# 2355
avatar

Oxşar yazılar