Bakıda əcnəbinin evindən oğurluq edən tutuldu
21 noyabr 2019 19:24 (UTC +04:00)

Bakıda əcnəbinin evindən oğurluq edən tutuldu

Bakıda əcnəbinin pulunu oğurlayan şəxs saxlanılıb.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 20-də saat 3 radələrində Yasamal rayonu, Mətbuat prospektində Bakı şəhər sakini Ə.Qasımovu şübhəli şəxs qismində Əlahiddə Çevik Polis Alayının əməkdaşları saxlayaraq Yasamal Polis İdarəsinə təhvil verib.

Araşdırmalarla onun noyabrın 19-da Səbail rayonunun ərazisində əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən 4000 Birləşmiş Ərəb Əmirlikləri realı, 81 Bəhreyn dinarı və 50 ABŞ dolları, habelə geyim əşyaları oğurlaması da müəyyən edilib.

 

 

 

# 893
avatar

Mehman Nəbiyev

Oxşar yazılar