329
19:36
19 Noyabr 2019

Mağazalardan oğurluq edən keçmiş məhkum saxlanıldı

Füzuli rayonunda oğurluq baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Füzuli rayon Polis Şöbəsinin əməkdaşları oğurluq qeydə alınan hadisəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə bu il sentyabrın 16-da 2 mağazadan 362 manat, mobil telefon, spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Nadirli saxlanılıb.