Növbəti iki gündə Azərbaycanda  hava necə olacaq? - PROQNOZ
18 noyabr 2019 16:23 (UTC +04:00)

Növbəti iki gündə Azərbaycanda hava necə olacaq? - PROQNOZ

Ölkə ərazisində növbəti iki gündə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, noyabrın 19-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gündüz 10-17 dərəcə, dağlarda isə 2-7 dərəcə isti olacaq.

Noyabrın 20-də isə hava əsasən yağmursuz olacaq. Şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Temperatur Aran rayonlarında gündüz 8-10, bəzi yerlərdə 14 dərəcə, dağlarda isə gündüz 1-6 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal olunur.

Noyabrın 20-də isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu noyabrın 19-da gündüz 10-13, 20-də isə 9-12 dərəcə isti olacaq.  

 

# 1958
avatar

Aygün İbrahimli

Oxşar yazılar