Ağac kəsdi, külli miqdarda cərimələndi
16 noyabr 2019 14:24 (UTC +04:00)

Ağac kəsdi, külli miqdarda cərimələndi

Ağsuda ağac kəsən şəxs cəzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Nazirliyə daxil olan şikayət ETSN-nin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb. 

Araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib. Ağacların Ağsu Yaşıllaşdırma və Abadlaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edillib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu şəhər Prokurorluğuna göndərilib. 

# 924
avatar

Oxşar yazılar