Futbol oyunu zamanı atəş açıldı - VİDEO
16 noyabr 2019 14:11 (UTC +04:00)

Futbol oyunu zamanı atəş açıldı - VİDEO


Nyu-Cersi ştatında Plezentvilya və Kemden orta məktəblərinin komandalarının Amerika futbolu oyunu zamanı tribunada atışma olub.

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, insident zamanı iki nəfər – yaşlı kişi və oğlan xəsarət alıb. Dairə prokuroru Ceymon Tayner yaralıların həyatı üçün təhlükə olub-olmadığını bilmədiyini desə də, ancaq onların xəsarətlərini ciddi adlandırıb. 

Twitter istifadəçisi Mike Nikin paylaşdığı çarxda atəş səsi eşidən azarkeşlər və futbolçuların qaçdıqları görünür. 

Məlumata görə, oyunun üçüncü hissəsi dayandırlıb. Kemden komandası həmin vaxt 6:0 hesabı ilə irəlidə olub. 

# 1263
avatar

Oxşar yazılar