Sabahın hava PROQNOZU
16 noyabr 2019 12:58 (UTC +04:00)

Sabahın hava PROQNOZU

Azərbaycanda noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. 

Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz  12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz  12-14° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 4-9° isti, gündüz  11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.

# 1192
avatar

Oxşar yazılar