Dünyada vaxtından əvvəl doğulan məşhur şəxsiyyətlər var - TƏDBİR
16 noyabr 2019 12:54 (UTC +04:00)

Dünyada vaxtından əvvəl doğulan məşhur şəxsiyyətlər var - TƏDBİR

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin təşkilatçılığı ilə "17 noyabr – vaxtından qabaq doğulmuş uşaqların günü"nə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyanın sədri, baş neonatoloq Rüstəm Hüseynov, ATU-nun Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmova, müxtəlif tibb müəssisələrinin neonatoloqları, həkimlər, vaxtından qabaq doğulmuş uşaqlar və onların valideynləri iştirak edib.

Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyanın sədri, baş neonatoloq Rüstəm Hüseynov Azərbaycanda neonatologiya sahəsində ciddi irəliləyişlərin olduğunu qeyd edib: "Səhiyyə Nazirliyi ölkəmizdəki xəstəxalarda kifayət qədər yaxşı şərait yaradıb. Tibb müəssisələrmizin müasir tələblərə uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb, kadr potensialı artırılıb. Hesab edirəm ki, bütün bunlar çox vacib amildir”.

R. Hüseynov Azərbaycanda vaxtından əvvəl doğulmuş uşaqlara dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğının göstərildiyini də bildirib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmova bildirib ki, 17 noyabr Dünya Yarımçıq Doğulmuşlar günüdür: “Son 4 ildə Azərbaycanda neonatal camiyyə qoşularaq belə bir tədbirlər keçirir. Bu tədbir vaxtından əvvəl doğulmuş uşaqların həyata tutunması, xüsusi diqqətlə müalicə olunması bütün neonatoloqlara çağırışdır. Dünya bir neçə məşhur şəxsiyyət var ki, onlar vaxtından əvvəl doğulub.  Arzusundayam ki, yaxın gələcəkdə Azərbaycanda da erkən doğulmuş insanların adı həmin dünyaca məşhur şəxsiyyətlərin arasında görünsün”.

A.Rüstəmova deyib ki, Azərbaycanda diri doğulma meyarları 2014-cü ildən sonra dəyişib: “Bir zamanlar 28 hamiləlik yaşından etibarən doğulmuş körpələr vaxtından əvvəl doğulmuş sayılırdı. Ondan öncə doğulanlar isə düşük adlandırılırdı. Amma hazırda 22 həftə üzərində doğulan və həyat elementi olan, 500 qramdan çox doğulan uşaq diri doğulma sayılır. Artıq dünya 22-23 həftə üzərində doğulan uşaqların yaşaması üzərində çaba göstərir. Bununla bağlı ölkəmizdə də çox tədbirlər görülüb. Neonatoloqların təlimatlandırılması, müxtəlif konfransların, tədbirlərin, treninqlərin  keçirilməsi bizim işimizə xeyli töhfə verib”.

Tədbirdə 30-a yaxın vaxtında qabaq doğulmuş uşaq iştirak edib. Onlara müxtəlif hədiyyələr təqdim olunub.

 

# 1376
avatar

Oxşar yazılar