Tanınmış aparıcı bu televiziyadan getdi
16 noyabr 2019 12:02 (UTC +04:00)

Tanınmış aparıcı bu televiziyadan getdi

 

Tanınmış aparıcı Elçin Əlibəyli televiziyadan getdiyini açıqlayıb.

Lent.az kulis.az-a istinadla xəbər verir ki, bu barədə aparıcı özü “El bizim, sirr bizim” verilişində açıqlama verib:

“Xəbəriniz var, kimin vətəninə çevrilmişik? Üç badam və bir qozun vətəninə çevrilmişik. Bu sizinlə mənim sonuncu görüşümdür. Mən də öz sənətimə, peşəmə dəyər verdiyim üçün sənətin, peşənin aşağılandığı yerdə olmaram deyə şüarını irəli sürürəm. Və burda sizinlə, televiziya ilə vidalaşıram. Sağ olun.”

Xatırladaq ki, Elçin Əlibəyli bir müddət əvvəl Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyülməsi ilə gündəmə gəlmişdi.

# 1670
avatar

Oxşar yazılar