Yenilənmiş “WhatsApp” telefonun enerjisini sürətlə azaldır - SƏBƏB
15 noyabr 2019 19:23 (UTC +04:00)

Yenilənmiş “WhatsApp” telefonun enerjisini sürətlə azaldır - SƏBƏB

“Xiaomi”, “Samsung”, “Google” və “OnePlus” smartfonlarının bəzi modellərinin enerjisi “WhatsApp” messencerinin son versiyası quraşdırılandan sonra sürətlə azalır.

Lent.az “ictnews”a istinadla xəbər verir ki, bu haqda sözügedən problemlə rastlaşmış istifadəçilər “Reddit”də və “Google Play”də messencerin səhifəsində öz fikirlərini yazıblar.

Belə hal ən çox “OnePlus” smartfonlarının istifadəçiləri arasında müşahidə olunub.

Bir çox istifadəçinin müşahidəsinə görə, mobil tətbiq arxa fonda işləməyə davam edərək batareyanın enerjisini sürətlə azaldır. Məsələn, “OnePlus 6” smartfon istifadəçisinin müşahidəsinə görə, akkumulyatordan istifadə statistikasında “WhatsApp”dan istifadə müddəti 1,5 saat kimi göstərilib, halbuki istifadəçi bu vaxt ərzində yalnız bir neçə mesaj göndərib.

# 1828
avatar

Oxşar yazılar