Bakıda evdən və avtomobildən külli miqdarda pul oğurlandı
14 noyabr 2019 19:22 (UTC +04:00)

Bakıda evdən və avtomobildən külli miqdarda pul oğurlandı

Bakıda oğurluq baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin və Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat və 2300 dollar, habelə 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Orucov saxlanılıb.

Bakıda avtomobildən də oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 14-də rayon ərazisindəki 1 avtomobildən 6000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Bayramov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

 

# 931
avatar

Mehman Nəbiyev

Oxşar yazılar