Xosenin bıçaqlanan qardaşı ilə bağlı  SON MƏLUMAT
12 noyabr 2019 15:18 (UTC +04:00)

Xosenin bıçaqlanan qardaşı ilə bağlı SON MƏLUMAT

Xose Bernardonun qardaşı cərrahiyyə şöbəsinə köçürülüb.

Bu barədə Lent.az-a 3 saylı Şəhər Kliniki Xəstəxanasından bildirilib. Xəstəxanadan Rafael Hüseynovun vəziyyəti orta-ağır stabil qiymətləndirilib və hazırda cərrahiyyə şöbəsində olduğu deyilib. Həmçinin keçirilən əməliyyatdan sonra zərərçəkmişin səhhətinin yaxşılaşmağa doğru getdiyi də vurğulanıb.

Qeyd edək ki, Xose Bernardo Pabloviç qardaşı Rafael Hüseynov ilə birgə Pirallahıda yerləşən restoranların birində tanıdığı şəxslər tərəfindən bıçaqlanıb. Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Pirallahı Rayon Polis Şöbəsi əməkdaşları keçirdikləri əməliyyat tədbirləri zamanı hadisəni törədən əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü A.Hüseynov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayətişi başlanıb.

# 1463
avatar

Mehman Nəbiyev

Oxşar yazılar