İki nəhəngin möhtəşəm qarşılaşması
10 noyabr 2019 15:50 (UTC +04:00)

İki nəhəngin möhtəşəm qarşılaşması

Bu gün İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulacaq.

Qol.az-ın xəbərinə görə, turun bağlanış və mərkəzi matçında “Liverpul” “Mançester Siti”ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20.30-da başlanacaq.

Hazırda “Liverpul” 11 oyundan 31 xalla birinci, “Mançester Siti” isə 25 xalla ikinci yeri tutur. Qalib gələcəyi halda “Liverpul” xalını 34-ə yüksəldəcək və 26 xalı olan ikinci pillədəki “Lester”i 8 xal geridə qoyacaq. “Mançester Siti” udacağı halda isə ikinci pilləyə qalxacaq və “Liverpul”la aradakı xal fərqi 3-ə düşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1468

Oxşar yazılar