Kənd sakinini çaqqal dişlədi
09 noyabr 2019 16:39 (UTC +04:00)

Kənd sakinini çaqqal dişlədi

Şəkidə 43 yaşlı kişini çaqqal dişləyib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Köndələn kəndində baş verib.
Kənd sakini, 1976-cı il təvəllüdlü Arif Hacı oğlu Mustafayev yaşadığı evin həyət qapısından küçəyə çıxmaq istəyən zaman çaqqalın hücumuna məruz qalıb. Çaqqal A. Mustafayevin sol ayağından dişləyib.

A. Mustafayevə Şəki Rayon Mərkəzi Xəstəxanasında lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə  peyvənd vurulduqdan sonra xəsarəti yüngül olduğundan evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048

Oxşar yazılar