389
16:30
07 Noyabr 2019

Ağdamda yeni məktəb binasının açılışı olub

Ağdam rayonu I Yüzbaşılı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Təhsil nazirinin müavini F.Qurbanov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı V.Həsənov çıxış ediblər.
Qonaqlara məktəb haqqında məlumat verilib. Bildirilib ki, təhsil müəssisəsi 1991-ci ildən fəaliyyətə başlayıb.

Sonra Ağdam rayonu Əhmədağalı kənd tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirilib, məktəbə Təhsil Nazirliyinin hədiyyələri təqdim olunub.