Yolu keçmək istəyən qadını maşın vurdu
06 noyabr 2019 08:29 (UTC +04:00)

Yolu keçmək istəyən qadını maşın vurdu

 

Yevlax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Kamil Nəsibov küçəsində baş verib.

Markası məlum olmayan maşın yolu keçmək istəyən 1991-ci il təvəllüdlü rayon sakini Yusibova Sveta Murad qızını vuraraq ona xəsarət yetirib.

Yaralı öncə ətrafdakıların köməyi ilə yaşadığı ünvana, daha sonra isə çağırışa gələn həkim briqadası tərəfindən Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041

Oxşar yazılar