440
12:57
05 Noyabr 2019

Azərbaycanda keyfiyyətsiz şprislər: NAZİRLİKDƏN MÜRACİƏT

Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yer alıb.

Bu barədə Lent.az -a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, mərkəzə heç bir vətəndaşdan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmayıb.

Tövsiyə edilir ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına ([email protected]) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər. Hər bir şikayət dərhal araşdırılacaq.