Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əsgər özünü öldürüb.
APA-nın məlumatına görə, noyabrın 4-də saat 19.30-da 19 yaşlı Erik Arutyunyanın meyiti tapılıb.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.
İstintaq gedir.