278
10:31
05 Noyabr 2019

Azərbaycan Gürcüstan sərhədində 8 nəfər saxlanıldı

Noyabrın 3-də saat 00:20-də Ağstafa rayonu yaxınlığında yerləşən “Sadıxlı” sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşını həmin ərazidə xidmət aparan sərhədçilər saxlayıb.

Lent.az -a Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, ilkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri, 19 yaşlı Bukavazin İlkin Qərib oğlu, onun həmyaşıdı Bədirov Kamran Cavad oğlu, 15 yaşlı Bədirov Novruz Müzəffər oğlu, 19 yaşlı Bukavazin Sevinc Qərib qızı, 4 yaşlı Bədirova Asya Vaqif qızı, 4 yaşlı Mirzəyev Rövşən Həmid oğlu, 3 yaşlı Bukavazina Mədinə Aslan qızı və Yevlax rayon sakini, 20 yaşlı Bukavazina Zəminə Rəsul qızı olmaları müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.