Müğənni Aynur Dadaşova həyat yoldaşından boşanıb.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Ay Zaur” verilişində açıqlama verib:
“Xəyanətə görə boşandım. Dəfələrlə mənə xəyanət etdi, bağışladım. Artıq 2 ildir ki, subayam. Məni "sudurğa" tutdu, ona görə boşandım. Dedim ki, bir də belə olsa, uşaqlarım anasız qalar. Həyatda yaxşıların bəxti gətirmir. Uşaqlarım ataları ilə görüşür. Boşanma xəbərimi ona görə gizlətdim ki, adıma söz gələr”.