Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadını öldürməkdə ittiham olunan Seymur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, hadisə bu il mayın 3-də Sumqayıtda Nərimanov küçəsi, "Mərkəzi bazar" ərazisində qeydə alınıb.